Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson arasında görüş olub. Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. “Yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılmasının və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb. “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Sonra energetika naziri Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın artırılması məqsədilə Enerji Sənayeləri Şurası ilə birgə keçirilən “Baku connect” adlı tədbirdə iştirak edib.
Nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı, karbohidrogen sektorunda uğurlu əlaqələrin hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində davam etdirildiyi bildirilib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası diqqətə çatdırılıb. Bildirilib ki, Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığımıza töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlığımız da təqdirəlayiqdir.
50-dən çox şirkətin təmsil olunduğu tədbir “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları”, “Azərbaycanda biznes” və “Azərbaycan enerji keçidini necə qəbul edir” adlı üç sessiyada müzakirələrlə davam etdirilib.
Digər Xəbərlər
İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin tarixinə nəzər salsaq, görərik ki, son nöqtəni əsasən haqlı tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda otuz ilə ya...
ƏtraflıBP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var. Trend-in məlumatına görə, bunu "BP Azerbaijan" şirkətinin hüquqi məsləhətçisinin köməkçisi Kerola...
ƏtraflıBərpa olunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər davam edir
Energetika Nazirliyi cari ilin ilk rübü üzrə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlər barədə məlumat yaymışdır....
Ətraflı